Dünya bazarında neft bahalaşmağa başladı - SƏBƏB
Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin gərginləşməsi ilə əlaqədar dünya bazarında neftin qiyməti artmağa başlayıb.
APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, dekabrın 4-nə keçən gecə London birjasında Brent markalı neftin fevral fyuçerslərinin qiyməti 3,3% yüksələrək 38,50 dollara çatıb. Bir qədər sonra qiymət 37,89 dollara ensə də, səhər saatlarında yenidən 38 dolları ötüb.
Nyu York birjasında isə neftin qiyməti 3,5% yüksələrək 38,77 dollar olub.
“Bazar baş verənləri Səudiyyə Ərəbistanı və İran kimi neft hasilatçıları arasında mümkün uzunmüddətli münaqişə kimi qəbul edə bilər”, - deyə analitik Rik Spuner söyləyib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı OPEC-də neft hasilatına görə 1-ci, İran isə 5-ci yerdədir.
OXŞAR XƏBƏRLƏR
20:01
209
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
232
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
245
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1247
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1379
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2091