Zaqatala-Balakən bölgəsində bəzi yerlərdə qarın qalınlığı 1 metrə çatıb
Azərbaycanın şimal-qərb bölgəsində qarın qalınlığı bəzi yerlərdə 1 metri keçib. Dekabrın 31-dən başlayaraq yağmağa başlayan qar hazırda bir qədər səngiyib.
APA TV-nin məlumatına əsasən, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz rayonlarının düzənlik ərazilərində qarın qalınlığı 50 sm-dən 70 sm-ə qədər, dağlıq yaşayış məntəqələrində isə 70-90 santimetrə, yüksək dağlıq ərazilərdə isə 1metrə çatıb. Yanvarın 1-dən 2-ə kecən gecə aramsız yağan qar nəticəsində bölgənin yaşayış məntəqələrində elektrik enerjisinin verilməsində bir sıra problemlər yaranıb. Yollar qarla örtülüb, magistral yollarda hərəkət məhdudlaşıb. Rayon icra hakimiyyətlərindən bildirilib ki, hazırda magistral yollarda təmizlənmə işlərinə başlanıb, gün ərzində işlər davam etdiriləcək. Eyni zamanda bölgədə elektrik enerjisi verilişinin günün sonuna kimi bərpa olunması istiqamətində iş aparılır.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi