Azərbaycan ərazisində kəskin hava şəraiti bu gün də davam edəcək
Azərbaycan ərazisində kəskin hava şəraiti bu gün də davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın APA TV-yə verdiyi məlumata görə, bu gün yağıntıların bəzi yerlərdə intensivləşəcəyi ehtimal olunur.
Yanvarın 3-də gündüz saatlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi proqnozlaşdırılır. Sabah gündüz saatlarından əksər bölgələrdə əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq.
Paytaxtda isə bu gün yağıntılı hava şəraiti müşahidə olunmaqda, sulu qar və qar yağmaqdadır, güclü şimal-qərb küləyi əsəcək. Sabah isə güclü şimal-qərb küləyi gündüz saatlarından tədricən mülayimləşəcək.
Yanvarın 3-dən gündüz saatlarından Bakı və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Paytaxtda havanın temperaturu gecə saatlarında 0-3 dərəcə şaxta, gündüz 4 dərəcəyə qədər isti olacaq.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi