Qubada çantadan doğranmış qadın meyiti tapılıb
Sentyabrın 3-də Quba – Xınalıq yolunun 39-cu km-liyindəki Cek kəndi ərazisində hissələrə bölünmüş vəziyyətdə tapılan qadın meyiti ilə bağlı bəzi məqamlar dəqiqləşdirilib. Quba rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, qadının 17-25 yaşında olduğu müəyyənləşdirilib.
Məlumata görə, ölüm müddəti 1 – 3 ay, boyu 155 – 160 sm, saçları toxunmuş hörükdə olmaqla qara rəngli və 67 sm uzunluğunda, ağzındakı 31 dişin hamısı sağlam vəziyyətdədir. Meyitin yanında geyim və digər əşyalar da aşkarlanıb.
Ölünün şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, hələ müsbət nəticə əldə olunmayıb.
Hadisə və meyitin əlamətləri barədə məlumatı olanlardan aşağıdakı telefon nömrələri ilə əlaqə saxlamaları xahiş olunur:
(023) 335 – 35 - 11, (023) 333 – 37 – 02, (050) 549 – 41 – 52, (070) 549 – 41 – 52.
OXŞAR XƏBƏRLƏR
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"