Voronejdə azərbaycanlılara məxsus kafeyə basqın olub - KAMERA GÖRÜNTÜLƏRİ
Voronejdə azərbaycanlılara məxsus kafeyə basqın olub. APA TV-nin məlumatına görə, maskalı onlarla şəxs şəhərin Sovetski rayonunda yerləşən “Görüş” kafesinə basqın edərək müştəriləri döyməyə başlayıb. Basqınçılar kafedə çalışanları döyüb, mebelləri və pəncərələri sındırıblar. İnsident zamanı özünü müdafiə etməyə çalışna iki nəfər ağır xəsarət alıb. Ətrafda yerləşən binaların sakinləri basqınla bağlı polisə xəbər veriblər. Maskalı şəxslər polis qüvvələri hadisə yerinə gələnə kimi aradan çıxmağa müvəffəq olublar. Videomüşahidə kameralarından götürülən görüntülər əsasında onlardan altı nəfərin şəxsiyyətini müəyyənləşdirmək mümkün olub. Basqında iştirak edən həmin şəxslər artıq saxlanıb, faktla bağlı xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb. “Görüş” kafesi azərbaycanlılara məxsus olsa da, polis hadisənin milli zəmində baş verdiyini inkar edir. Fatla bağlı araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"