Qaxda xadiməni maşın vurdu
Qaxda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Qax şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.
Rayonun Meşəbaş kənd sakini, 44 yaşlı Camali Andreyeviç Zeynalaşvili idarə etdiyi motorollerlə hərəkətdə olarkən şəhər sakini, 50 yaşlı Asudə Şaban qızı Yunusovanı vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Asudə Yunusova Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.
Qax RMX-dan verilən məlumata görə, yaralı xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Qeyd edək ki, xəsarət alan Asudə Yunusova Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsində xadimə işləyir. Hadisə də DSMF-nin qarşısında, xadimənin işə getdiyi vaxt baş verib.
Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi