Bakıda maşın ağaca çırpılıb, sürücünün meyitini xilasedicilər çıxarıb
Nəsimi rayonu, Azadlıq prospektində ağır yol qəzası baş verib. APA TV-nin məlumatına görə, prospektdə hərəkət edən "VAZ 2109" markalı "10 GK 028" dövlət nömrə nişanlı avtomobil yol kənarındakı ağaca çırpılıb. Nəticədə avtomaşını idarə edən sürücü hadisə yerində ölüb. Avtomaşında olan iki sərnişin isə ağır şəkildə yaralanıb. Yaralılar 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Ölən sürücü deformasiya uğrayan maşında sıxışdığından hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub. Meyit maşından çıxarılıb.
Nəsimi Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, ölən və yaralananların kimliyini hələlik müəyyən etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:39
653
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
18:34
637
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
18:33
626
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
19:44
1007
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
19:18
1032
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
16:42
1274