Astarada oğurluqla məşğul olan şəxslər tutuldu
Astarada yeli sakinlərin mal-qarasına qənim kəsilən, eləcə də ərzaq mağazalarından oğurluqda şübhəli bilinən şəxslər yaxalanıb.
Astara Rayon Polis Şöbəsindən (RPŞ) APA TV-nin cənub bürosuna verilən məlumata görə, saxlanılan şəxslər - Astaranın Şahağacı kənd sakinləri Şamxal Mirzəyev, Arif Cabbarov və Ramil Tarifzadə qrup halında birləşərək, ayrı-ayrı vaxtlarda həmkəndlilərinə məxsus xırdabuynuzlu mal-qaranı, ərzaq mağazalarından isə nağd pul, tütün məmulatları və mobil telefon danışıq kartlarını oğurlamaqla məşğul olublar.
İlkin araşdırmalardan cinayət hadisələrini törətmiş şəxslərin əmlak sahiblərinə ümumilikdə 1611 manat dəyərində maddi ziyan vurduqları müəyyənləşdirilib.
Faktla bağlı Astara RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi