Ramzan Kadırov Zabit Səmədova maşın hədiyyə etdi
Qroznı şəhərində “Qroznaya bitva - 13” adlı döyüş gecəsi keçirilib.
APA TV-nin məlumatına görə, gecədə “Axmat” klubunu təmsil edən dünya və Avropa çempionatlarının, müxtəlif Qran-prilərin qalibi olmuş azərbaycanlı döyüşçü Zabit Səmədov bir neçə dəfə dünya çempionu olmuş, Avstraliyanı təmsil edən Polşa əsilli Pol Slovinskiyə qalib gəlib.
Z.Səmədovu qələbə münasibətilə Çeçenistan prezidenti Ramzan Kadırov təbrik edib. O, azərbaycanlı döyüşçüyə “Mercedes W222” markalı avtomobil hədiyyə edib. Bu barədə Zabit Səmədov “İnstagram” hesabında məlumat verib.
Qeyd edək ki, çeçen lider də Z.Səmədovu, onu Azərbaycanda dəstəkləyənləri öz “İnstagram” hesabında təbrik edib.
OXŞAR XƏBƏRLƏR
20:01
381
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
350
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
395
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1253
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1383
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2100