Sevinc Babayevanın ürəyi ekspertizaya təqdim olunmayıb - EKSPERT RƏYİ
ABU-nun sabiq rektoru Elşad Abdullayevin yaydığı video görüntülərdə vasitəçi qismində adı hallanan Sevinc Babayevanın ölümü ilə bağlı Azərbaycanda keçirilən tibbi ekspertizanın rəyi açıqlanıb.
Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Mərkəzi Ekspertiza Şöbəsinin rəisi Ceyhun Allahverdiyev APA-ya bildirib ki, Sevinc Babayevanın meyitindən götürülmüş nümunələrin 70%-i Türkiyədə müayinə edilib: “Bizə təqdim olunan nümunələr arasında meyitin əksər daxili orqanları, həmçinin ürəyi olmayıb, ağ ciyərlərin isə az bir hissəsi var idi. Əlimizdə olan orqanların müayinəsi zamanı Sevinc Babayevanın ölümünə ürək-damar çatışmazlığının səbəb olduğu müəyyənləşib”.
C. Allahverdiyev keçirilən ekspertiza zamanı S. Babayevanın zəhərlənməsi faktının da təsdiqlənmədiyini qeyd edib. Bildirib ki, müayinə zamanı insan orqanizmində mövcud olan kimyəvi maddələrin miqdarından artıq maddə aşkarlanmayıb.
C. Allahverdiyev ekspertizanın nəticələrinin istintaq orqanına təqdim edildiyini bildirib.
Qeyd edək ki, S. Babayeva 2012-ci ilin dekabrında Türkiyənin “Medicana International İstanbul Hospital” xəstəxanasında dünyasını dəyişib.
OXŞAR XƏBƏRLƏR
Naxçıvanda əqrəb ferması fəaliyyət göstərir
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon yük yola salındı
Lənkəranda baramaçılıqda bu il yüksək məhsuldarlıq gözlənilir
Paşinyanın qələbəsi: Səbəblər və mümkün NƏTİCƏLƏRİ
Nazir müavini: 200-dən çox təhlükəli mövzularda videoya məhdudiyyətlər qoyulub