Düşmən pilotsuz aparatının vurulması anı
Azərbaycan Müdafiə Nazirliyi (MN) erməni silahlı birləşmələrinə məxsus pilotsuz uçan aparatın məhv edilməsi anının videogörüntüsünü yayıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, erməni silahlı birləşmələrinə məxsus pilotsuz uçan aparatın guya vurulmadığı barədə erməni tərəfinin iddialarına cavab olaraq Azərbaycan mövqelərinə yaxınlaşan və çəkilişlər etməyə cəhd göstərən düşmən aparatının vurulma anının videogörüntüsü təqdim olunur.
Videogörüntüdə PUA-nın kamerasından əldə edilmiş kadrlar da təqdim edilir.
Qeyd edək ki, dekabrın 25-də saat 11.45 radələrində Tərtər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçan aparat aşkarlanaraq bölmələrimiz tərəfindən sərrast atəşlə dərhal məhv edilib.
OXŞAR XƏBƏRLƏR
20:01
381
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
350
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
395
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1253
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1383
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2100