"Taliban" "heroin cənnəti"dən qovuldu
Əfqanıstanın Gilmənd əyalətinin Sangin rayonu yenidən hökumət qüvvələrinin nəzarətinə keçib.
APA TV-nin "Euronews"a istinadən məlumatına görə, Əfqanıstan ordusu buna bir müddətdir "Taliban"ın əlində olan bölgə uğrunda qanlı döyüşlərdən sonra müvəffəq olub.
Milli qüvvələr Sangini Britaniya və ABŞ aviasiyasının zərbələrindən sonra terrorçulardan təmizləyiblər.
Sangin Əfqanıstanın strateji bölgələrindən biridir. Bu bölgə əyalətin paytaxtı Gilməndi Laşkarqax şəhəri və şimal əyalətləri ilə birləşdirən yol üzərində yerləşir. Sangin Əfqanıstanda həm də heroin plantasiyalarının ən çox olduğu ərazidir.
Döyüşlərdə 100-ə yaxın əfqan hərbçi öldürülüb. Əyalətin qubernatoru Mirzə Xan Rəhimi bildirib ki, bölgə hazırda hökumət qüvvələrinin tam nəzarətindədir və bundan sonra terrorçuların bura soxula biləcəyi inandırıcı görünmür.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi