Xaçmazda iki maşın toqquşdu
Ötən gün axşam saatlarında Xaçmaz-Quba yolunun 6-cı km-də, Xaçmaz rayonunun Yergüc kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, 90 BT 862 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil qarşıdan gələn 90 VA 681 dövlət nömrə nişanlı “Mitsubishi” markalı avtomobillə toqquşub. Nəticədə “Mitsubishi”nin sürücüsü, 1968-ci il təvəllüdlü Səməd Qasımov və sərnişini, 1960-cı il təvəllüdlü Zöhrə Qasımova müxtəlif xəsarətlər alaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
20:01
398
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
366
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
414
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1255
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1387
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2103