ABŞ-da erməni narkotacir tutuldu
Kaliforniya polisi ABŞ-da yaşayan bir erməninin evində axtarış aparıb. APA TV-nin Ermənistan saytlarına istinadən xəbərinə görə, Qlendeyl şəhərində yaşayan 55 yaşlı şəxsin evindən 5 kq opium, 1 kq heroin, 200 qram metamfetamin aşkarlanıb.
Şəhər polisi Martik Baqomyanın evinə təlim keçmiş itlərlə gəlib. 55 yaşlı erməni evdə həyat yoldaşı və iki oğlu ilə yaşayıb. Axtarış zamanı evdən başqa şübhəli əşyalar da götürülüb. Martik Baqomyan narkotik alverində ittiham edilir.
Araşdırmalar zamanı onun bir il əvvəl də yaxalandığı və üzərində opium aşkarlandığı bəlli olub. Həmin vaxt Baqomyan zəmanətə götürülüb, daha sonra isə məhkəmənin qərarı ilə sərbəst buraxılıb. Bu dəfə isə onun həbs olunacağı şübhəsizdir.
OXŞAR XƏBƏRLƏR
20:01
468
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
438
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
485
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1257
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1389
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2106