Rusiyanın Suriyadakı əməliyyatlarında öldürülən dinc sakinlərin sayı açıqlandı
Suriyada Rusiyanın hava zərbələri nəticəsində 200-dən çox dinc sakin öldürülüb.
APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, beynəlxalq insan hüquqları təşkilatlarından biri Rusiyanın hava hücumları başladıqdan bu yana aviazərbələr nəticəsində öldürülən dinc əhalinin statistikasını açıqlayıb.
Sözügedən statistika sentyabrın 30-dan noyabrın 29-dək olan müddəti əhatə edir. Hesabat sənədində Rusiya tərəfindən edilən hücumların əsasən Homs, Həma, İdlib, Latakiya və Hələb şəhərlərinə yönəldiyi qeyd olunub.
Daha öncə Moskvadan verilən açıqlamalarda isə endirilən hava zərbələrinin heç bir şəkildə dinc sakinlərə qarşı yönəlmədiyi bildirilirdi. 30 sentyabrdan etibarən Rusiya Suriyada İŞİD silahlılarına qarşı hava hücumları həyata keçirir.
Ölkə rəsmiləri bu hücumların Suriya prezidenti Bəşər Əsədin müraciəti ilə gerçəkləşdirildiyini bəyan edirlər.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi