Bakıda yağmursuz hava şəraiti davam edəcək - PROQNOZ
Dekabrın 24-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən xəbərə görə, mülayim şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə Abşeron yarımadasında 4-6, gündüz 9-12, Bakıda 4-6, gündüz 10-12 dərəcə isti olacaq.
Dekabrın 24-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Arabir duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 9-14, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi