Səhiyyə nazirinin müavini: "Dərmanların qiyməti artacaq"
"Dərmanların qiymətinə yenidən baxılacaq. Dolların məzənnəsinin dəyişməsi dərmanların qiymətinə təsir göstərəcək". APA-nın məlumatına görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
O bildirib ki, Tarif Şurasına Səhiyyə Nazirliyi tərəfindən deyil, iş adamları tərəfindən müraciət olunub: "Bu günlərdə şuranın növbəti iclası olacaq. Qiymətlərə yenidən baxılacaq. Bu zaman dərmanların qiymətlərinin neçə faiz artacağına qərar veriləcək. Çünki Nazirlər Kabineti tərəfindən Azərbaycanda qeydiyyatdan keçən dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və onlara nəzarət qaydaları təsdiqlənib".
Elsevər Ağayevin sözlərinə görə, qaydalara əsasən valyutanın məzənnəsi 5 faizdən artıq dəyişərsə, onda təsdiq olunan qiymətlərə yenidən baxılacaq: "Təbii ki, qiymətlərin artıq olması qaçılmazdır. Lakin yeni qiymət əvvəlki qiymətlərdən aşağı olacaq. Çünki hazırda bəzi dərmanların qiyməti bir neçə dəfə aşağı salınmışdı. Yəni qiymət artımından sonra belə qiymətlər əvvəlkindən çox olmayacaq".
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi