Əməkdar artist Ələsgər Məmmədoğlu dünyasını dəyişdi
Əməkdar artist Ələsgər Məmmədoğlu vəfat edib. APA TV-nin məlumatına, aktyor ötən axşam saat 21:00 radələrində öz evində dünyasını dəyişib.
Ə.Məmmədoğlunun ailəsindən bildiriblər ki, aktyorun səhhəti qəfil pisləşdikdən sonra təcili yardım gəlsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Ə.Məmmədoğlu 9 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib. Ə.Məmmədoğlu bir çox teletamaşalarda Şair (“Evləri köndələn yar”), Milis (“Yaşıl eynəkli adam”), Nökər (“Mehmanxana sahibəsi”), Narsatan (“Qatarda”), Gümrah (“Alov”) kimi obrazlar yaradıb. “Mozalan” satirik kinojurnalının 20-yə yaxın süjetinə çəkilən Ə.Məmmədoğlu “Ömrun səhifələri” (Ələsgər), “Xoşbəxtlik qayğıları” (Əlövsət), “Bəyin oğurlanması” (Ələsgər), "Tehran-43" (Qulam Rza) və başqa bədii filmlərin də iştirakçısıdır. 2002-ci ildə Ə.Məmmədoğlu Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi