"AST Telman" rəsmən müflis elan olundu
Tanınmış iş adamı, AST şirkətlər qrupunun prezidenti, Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılov rəsmən müflis elan olunub.
APA TV-nin Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Moskva vilayət Arbitraj Məhkəməsi qərar çıxarıb.
Qeyd edək ki, Rusiyanın "Moskva bankı" ("Bank Moskvı", VTB qrupu) Telman İsmayılovun rəhbərlik etdiyi AST Şirkətlər Qrupuna daxil olan "KBF AST" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı 213 milyon dollarlıq iddia qaldırıb. "Moskva bankı" iddiasında 2012-ci il 28 sentyabr tarixində imzalanmış müqaviləyə əsasən "Ruslayn 2000" MMC-nin adına alınan 213 milyon dollar məbləğində borcun ödənilməsini tələb edib.
OXŞAR XƏBƏRLƏR
20:01
499
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
468
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
515
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1260
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1395
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2119