İntihar edən MTN polkovnikinin meyiti ailəsinə təhvil verildi
Ötən gün intihar edən MTN polkovniki İlqar Əliyev bu gün dəfn olunacaq.
Bu barədə APA-ya məlumat verən vəkil Rəşad Mirmehdizadə bildirib ki, mərhumun meyiti ötən gün gecə ailə üzvlərinə təhvil verilib. Vəkil İ.Əliyevin bu gün dəfn ediləcəyini bildirib.
Qeyd edək ki, ləğv olunan MTN-in Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev dekabrın 20-də saxlanıldığı Bakı İstintaq Təcridxanasının kamerasında özünü asaraq intihar edib.
Fakt üzrə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
OXŞAR XƏBƏRLƏR
20:01
570
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
541
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
586
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1264
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1397
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2121