Bakıya rekord miqdarda yağış yağıb
Sentyabrın 23-dən 24-nə keçən gecə soyuq atmosfer cəbhəsinin keçməsi nəticəsində Bakı şəhərində güclü yağış yağıb, şimşək çaxıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıya düşən yağıntı rekord miqdarda olub.
Sentyabrın 25-də isə Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 15-19, gündüz 23-28 dərəcə isti olacaq.
Rayonlarda havanın temperaturuna gəlincə, gecə 14-19, gündüz 24-29 dərəcə isti, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR
18:39
675
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
18:34
657
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
18:33
646
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
19:44
1010
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
19:18
1034
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
16:42
1278