Lənkəranda noutbuk oğruları yaxalandı
Lənkəran polisi rayon ərazisində oğurluqla məşğul olan şəxsləri ifşa edib.
Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) baş müstəntiqi Nizami Məhərrəmovun APA TV-nin cənub bürosuna verdiyi məlumata görə, ayrı-ayrı vətəndaşlardan polis şöbəsinə daxil olan şikayət ərizələrinə müvafiq olaraq əməliyyat-axtarış tədbirləri keçirilib.
Əməliyyat zamanı Lənkəran şəhər sakinləri - 28 yaşlı Murad Rəşadət oğlu Ağayev və 17 yaşlı Taleh Heydər oğlu Bədəlov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb olunublar. Araşdırmalardan həmin şəxslərin bir sıra ticarət obyektlərindən qanunsuz yollarla müxtəlif növ noutbookları, aksessuarları oğurladıqları məlum olub. Oğurlanmış əşyaların bir qismi maddi sübut kimi götürülüb.
Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi