Qarabağda döyüş gedir: üç erməni hərbçi öldürüldü
Erməni silahlı bölmələri cəbhədə gedən döyüşlərdə xeyli itki verib.
APA-nın "news.am" saytına istinadən verdiyi məlumata görə, dekabrın 17-dən 18-nə keçən hecə Dağlıq Qarabağda gedən döyüşlərdə iki erməni hərbçi öldürülüb.
Öldürülən hərbçilər 1996-cı il təvəllüdlü Ağası Qriqoryan və 1996-cı il təvəllüdlü Ruben Aleksanyandır.
Dekabrın 17-də separatçılar daha bir itki veriblər. Hələlik müəyyən olunmamış səbəblərdən müqaviləli hərbi qulluqçu, 1992-ci il təvəllüdlü Qor İhanyan ölüb.
Ermənistanın Azərbaycanla sərhəd Tavuş vilayətinin Voskepar kəndində isə bu gün iki nəfər minaya düşüb. Onlar yaralı vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, Azərbaycan Ordusu da dekabrın 17-də cəbhədə itki verib. Müdafiə Nazirliyi bir hərbçinin şəhid olduğu barədə məlumat yayıb.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi