Ukraynada məmur qalmaqalı: Avakov Saakaşvilini məhkəməyə verdi
Ukraynanın daxili işlər naziri Arsen Avakov ünvanına ittihamlar səsləndirdiyi üçün Odessa vilayətinin qubernatoru Mixael Saakaşvilini məhkəməyə verib.
APA TV-nin xəbərinə görə, bunu o, “1+1” telekanalının canlı efirində bildirib.
“Mən cənab Saakaşvilini məhkəməyə vermişəm. Bir insanın oğru olduğunu deyərkən bunun arxasında durmaq lazımdır. Bildiyim qədər, cənab Yatsenyuk da bunu etməyə hazırlaşır”, deyə Avakov qeyd edib.
Qeyd edək ki, Milli İslahat Şurasının iclasında ikili arasında insident baş verib. Mixail Saakaşvili Arsen Avakovu korrupsiyaya bulaşmaqda ittiham edib. Avakov isə onu qastrolçu adlandıraraq Ukraynanı tərk etməyə çağırıb.
OXŞAR XƏBƏRLƏR
20:01
583
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
557
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
601
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1264
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1397
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2122