Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti dayandırılıb - ƏN SON GÖRÜNTÜLƏR
Gecə saatlarında Bakıda yağan qısamüddətli, güclü yağış şəhəri iflic etdi. Yağan yağış bir sıra prospekt və küçələrdə nəqliyyatın hərəkətində problem yaratdı. Heydər Əliyev prospektində vəziyyət daha ciddi idi.
Hərəkətin məhdudlaşdırılması prospektdə şəhərdən Aeroport yolu istiqamətində əsas yolda yeraltı su borusunda baş verən qəza ilə əlaqədardır.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin yaydığı məlumata görə, prospektdə yağış sularını ərazidən çəkən boruda qəza yarandığı üçün tunelə su dolub. APA TV-nin məlumatına görə, bu səbəbdən prospektdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Yağış sözügedən ərazidən bir qədər aralıda asfalt yola da ciddi ziyan vurub. Belə ki, yolun çökməsi nəticəsində "KamAZ" markalı avtomobil qəza törədib.
OXŞAR XƏBƏRLƏR
18:39
675
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
18:34
657
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
18:33
646
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
19:44
1010
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
19:18
1034
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
16:42
1278