Zaqatalada ev yandı
Zaqatala rayonunda fərdi yaşayış evində yanğın olub. APA TV-nin Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Yuxarı Tala kəndində, kənd sakini Elsevər Abdullayevə məxsus ümumi sahəsi 290 kvadratmetr olan ikimərtəbəli fərdi yaşayış evində qeydə alınıb.
Yanğın nəticəsində evin ikinci mərtəbəsindəki otaqlardan birinin 24 kv/m tavanı və dam örtüyündən 50 kv. m sahə yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin (DYMH) texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənməsinin qarşısı qısa müddət ərzində alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
20:01
596
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
571
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
615
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1267
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1399
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2125