Yasamalda avtomobil qəfildən alışdı - KURYOZ
Ötən gecə Bakının Yasamal rayonunda yanğın hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə rayonun Həsən bəy Zərdabi küçəsindəki qeydə alınıb.
Dayanacaqda dayanan avtomobil qəfildən yanmağa başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə İdarəsinin Yasamal rayon hissəsinin yanğınsöndürənləri cəlb olunub. Yanğın tez bir zamanda söndürülüb. Alovun ətrafa yayılmasının qarşısı alınıb.
Avtomobilin sahibinin sözlərinə görə, maşını bir aya yaxındır ki, idarə etmir. Avtomobili dayanacaqda saxlayıb. İşlək vəziyyətdə olmayan avtomobildə baş verən yanğını FHN-in mütəxəssisləri araşdırır. Faktla əlaqədar araşdırmalar davam edir.
OXŞAR XƏBƏRLƏR
20:01
596
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
571
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
615
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1267
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1399
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2125