İki xanım sürücü Bakının mərkəzində qəza törətdi
Ötən gücə paytaxtın Nəsimi rayonunda xanım sürücülər yol qəzası törədiblər.
APA TV-nin xəbərinə görə, 24 yaşlı Şəfa Qurbanova "KİA" markalı avtomobillə Bülbül prospekti ilə hərəkətdə olarkən Şamil Əzizbəyli küçəsindən qəfil onun yolu digər xanım sürücünün idarə etdiyi "KİA" çıxıb və avtomobillər toqquşub.
Toqquşmadan sonra avtomobil maneəni aşıb pilləkənlərdən zirzəminin keçidinə düşüb. Qəza zamanı Şəfa Qurbanova və 55 yaşlı Gülnarə Qurbanova xəsarətlər alıblar.
İlkin ehtimala görə, qəzaya Şamil Əzizbəyov küçəsi ilə hərəkət edən "KİA"nın sürücüsünün gözləmə nişanına məhəl qoymaması səbəb olub. Faktla əlaqədar araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR
20:01
596
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
571
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
615
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1267
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1399
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2125