Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşdü
İstanbulda Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz arasında görüş keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə müdafiə nazirləri ölkələrimiz arasında hərbi əməkdaşlığın daim inkişaf etdiyini, strateji tərəfdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd ediblər.
Tərəflər bu günlərdə Bakıda keçirilən Azərbaycan-Türkiyə 8-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclasının nəticələrini əks etdirən yekun Protokolunun imzalanmasını da xüsusi qeyd edərək Silahlı Qüvvələrimiz arasında əlaqələrin inkişaf perspektivləri, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın imkanları, birgə təlimlərin keçirilməsi, o cümlədən regional və qarşılıqlı tərəfdaşlığa dair bir sıra məsələlər barədə müzakirələr aparıblar.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi