Türkiyədə antiterror əməliyyatı: 23 terrorçu öldürüldü
Türkiyə Silahlı Qüvvələri PKK terror təşkilatına ağır zərbələr endirib. APA TV-nin "Sözçü"yə istinadən xəbərinə görə, 10 min hərbçi və polisin qatıldığı əməliyyatda öldürülən terrorçuların sayı 23-ə çatıb.
İki türk generalının rəhbərlik etdiyi əməliyyat Diyarbəkir vilayətinin Silvan, Diyarbəkir şəhərinin Sur, Şırnak vilayətinin Silopi və Cizrə, Mardin vilayətinin Nusaybin rayonlarında həyata keçirilir. 22 PKK terrorçusu Cizrədə, bir terrorçu isə Silopidə öldürülüb.
Qeyd edək ki, iki gündür başlayan antiterror əməliyyatında 10 minə qədər hərbçi və polis iştirak edir. Əməliyyat iştirakçıları zirehli hərbi texnika, hətta tanklarla təchiz olunub. Hərbi helikopterlər havadan əməliyyatları nəzarətdə saxlayır.
OXŞAR XƏBƏRLƏR
20:01
596
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
571
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
615
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1267
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1399
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2125