Narkotik satan şəxs: "Yadımdan çıxıb gödəkcənin cibində qalmışdı"
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən iki nəfəri saxlayıb.
48 yaşlı Hafiz Ayazxan oğlu Seyfiyev cibində şəxsi istehlak miqdarından artıq marixuana gəzdirdiyinə görə saxlanılıb. Eyni əmələ görə əvvəllər də məhkumluq həyatı yaşayan Hafiz Seyfiyev narkotiki adını unutduğu tanışından aldığını bildirib.
"Mən istifadə eləyən deyiləm. İçmişdim, canım ağrıdı. Dost idi, bir balaca verdi mənə. Sarayda da yolla gedəndə polis işçiləri tutdu".
Digər saxlanılan, Qobu qəsəbəsinin sakini Səxavət Babayev cibində aşkarlanan narkotiki haradan və nə vaxt aldığını bu cür xatırlayır.
"Üç-dörd ay əvvəl Papanindən almışdım. Tanımadığım şəxsdir. Yadımdan çıxıb gödəkçəmin cibində qalmışdı. Polis əməkdaşları gəldi, üstümə baxış keçirəndə tapdılar".
Hər iki faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi