Avakov Saakaşviliyə stəkanı belə atdı - REAL GÖRÜNTÜ
Ukrayna Milli İslahat Şurasının iclasında Odessa vilayətinin qubernatoru, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili və Ukraynanın daxili işlər naziri Arsen Avakov arasında baş verən davanın görüntüləri yayılıb.
APA TV-nin xəbərinə görə, Saakaşvilinin "korrupsiyalaşmış nazir" adlandırdığı Avakov əsəblərini cilovlaya bilməyib və su ilə dolu stəkanı Odessa qubernatoruna tərəf fırladıb.
Bu zaman Ukrayna baş naziri Arseni Yatsenyuk Saakaşvilini “qastrolçu” adlandırıb, onu Ukraynadan “rədd olmağa” çağırıb. Saakaşvili isə cavab olaraq deyib ki, o, Ukrayna vətəndaşıdır və Yatsenyukdan fərqli olaraq, ölkəsini talamayıb.
Bütün bunlar prezidentin Pyotr Poroşenkonun iştirak etdiyi iclasda baş verib. Poroşenko əvvəl tərəfləri sakitləşdirməyə çalışıb, sonra isə iclası bağlı elan edib.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi