Gəncədə FHN-in 10 illiyi münasibətilə tədbir keçirildi
Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 10 illiyi münasibətilə Gəncədə tədbir keçirilib.
APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, FHN-in Gəncədə yerləşən yerli qurumlarının rəhbərləri və əməkdaşları əvvəlcə şəhərin mərkəzində Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Daha sonra nazirliyin Gəncə Regional Mərkəzində toplantı keçirilib. Tədbirdə FHN-in fəaliyyətinə həsr olunan film izlənilib.
Mərkəzin rəis müavini, polkovnik Əzizağa Əliyev, sektor müdiri Elnur İmanov və digərləri çıxış edərək, FHN-in son ildə gördüyü işlər və qarşıya qoyulan vəzifələr barədə danışıblar. Bildirilib ki, ölkə rəhbərinin qayğısı sahəsində qurumun maddi-texniki və kadr potensialı getdikcə güclənir. İstənilən fövqəladə hadisənin tez və vaxtında qarşısının alınması üçün hər bir şəraitin olduğu bildirilib.
Tədbirdə iştirak edən qonaqlarda FHN-in əməkdaşlarını yubiley münasibətilə təbrik ediblər.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi