Almaniya Suriyada İŞİD-ə qarşı əməliyyatlara qoşulur
Almaniya İŞİD-ə qarşı mübarizə aparan antierror koalisiyasına qoşulub. APA TV-nin Almaniya mətbuatına istinadən xəbərinə görə, bu barədə ilkin məlumat əməliyyata rəhbərlik edən komandanlıqdan verilib.
Qeyd edək ki, 4 dekabr tarixində Bundestaq böyük səs çoxluğu ilə hökumətin tərəfdaş ölkələr tərəfindən Suriyada İŞİD-ə qarşı aparılan əməliyyatlara qoşulmaq barəsindəki təşəbbüsünü dəstəkləyib. Parlamentin bu qərarı ölkədə böyük ictimai rezonans doğurub. Belə ki, ölkə vətəndaşlarının əksəriyyəti hökumətin bu addımının əleyhinə çıxıb.
Qərardan sonra Hərbi Dəniz Qüvvələri və aviasiyanın Suriyadakı hərbi əməliyyatlara cəlb edilməsi nəzərdə tutulur. Almaniyanın yerüstü əməliyyatlarda iştirakı hazırda müzakirə mövzusu deyil.
OXŞAR XƏBƏRLƏR
20:01
648
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
624
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
668
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1271
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1402
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2130