OPEK: 2016-cı ildə neft bahalaşacaq
Neft İxrac edən Ölkələr Birliyinin (OPEK) baş katibi Abdulla Səlim əl-Badri il ərzində neftin qiymətinin yenidən qalxacağını proqnozlaşdırıb.
APA TV-nin “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə o, Nyu-Dehlidə mətbuat konfransında çıxışı zamanı bildirib.
“Bir neçə ay və ya bir il ərzində vəziyyət dəyişiləcək”, - deyə Əl Badri əminliyini ifadə edib.
OPEK-in baş katibi qeyd edib ki, OPEK üzv dövlətlərin hamısı üçün ən optimal qiymətin müəyyənləşdirilməsinə çalışır. Onun sözlərinə görə, qiymətlər elə səviyyəyə çatmalıdır ki, iştirakçılar layiqli gəlir əldə edə bilsinlər.
“Mən ömrüm boyu neft biznesi sahəsində çalışmışam. Mən altı dövr (sikl) müşahidə etmişəm - həddindən yüksək və həddindən aşağı qiymətlər. İndiki vəziyyət belə dövrlərdən biridir və o, çox çəkməyəcək”, - deyə baş katib əminliyini ifadə edib.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi