Yeznəsini bıçaqlamaq istəyən baldızın özü bıçaqlandı
Abşeron rayonunda qanlı hadisə baş verib. APA TV-nin məlumatına görə, yeznə baldızını bıçaqlayıb. Hadisə Xırdalan şəhərində qeydə alınıb.
Fikrət Əhmədov küçəsində yaşayan 55 yaşlı Aslan Hüseynov aralarında yaranan mübahisə zamanı baldızı Hicran Məhərrəmzadəni bıçaqlayıb. Yaralı təcili tibbi yardım maşını ilə Respublika Klinik Xəstəxanasına çatdırılıb.
Həkimlər Hicran Məhərrəmzadədə 10 yaxın bıçaq xəsarəti aşkarlayıblar. Hadisə zamanı Aslan Hüseynov da xəsarət alıb. O, 1 saylı şəhər xəstəxanasına gətirilib. Bıçaq onun əlini kəsib. Aslan Hüseynov polislərə bildirib ki, baldızı onun evinə gələrək, bıçaqla ona hücum edib. O da bıçağı baldızının əlindən alaraq ona vurub.
Faktla əlaqədar araşdırmalara başlanılıb.
OXŞAR XƏBƏRLƏR
20:01
649
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
626
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
669
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1271
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1402
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2130