AB-Türkiyə danışıqları bərpa edildi: nəticə necə olacaq?
Avropa İttifaqı ölkələrinə miqrant axını qurumun son günlərdə onların tranzit ölkə kimi istifadə etdikləri Türkiyə ilə münasibətlərin normallaşmasına olan marağını daha da artırıb.
APA TV-nin "Euronews"a istinadən məlumatına görə, qurum qaçqınlara yardım məqsədilə Türkiyəyə 3 milyard dollar vəsaitin ayrılması, eləcə də ittifaq ölkələri ilə vizasız gediş-gəliş imkanları vəd edir.
Bu arada bazar ertəsi Brüsseldə Türkiyənin quruma üzvlük məsələsi üzrə danışıqlar bərpa olunub. Tərəflər iqtisadi və maliyyə siyasətini nəzərdə tutan 17 nömrəli texniki bənd üzrə müzakirələrə başlayıb. Türkiyə xarici işlər nazirinin ittifaq ölkələrindən olan həmkarları ilə görüşünün insan hüquqları, söz azadlığı və Kiprin statusu kimi məsələlərdəki fikir ayrılıqlarına son qoyulması məqsədi daşıdığı bildirilir.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi