Qubada tarixi Günbəzli Hamamın bərpasına başlandı
Quba şəhərində yerləşən tarixi Günbəzli Hamamın bərpasına başlanılıb. Təmir-bərpa işləri ABŞ Dövlət Departamentinin Səfirlərin Mədəni İrsin Qorunması Fondunun maliyyə dəstəyi və Mədəniyyət və HYPERLINK "http://az.apa.az/tag/M%C9%99d%C9%99niyy%C9%99t+v%C9%99+Turizm+Nazirliyi"TurizmHYPERLINK "http://az.apa.az/tag/M%C9%99d%C9%99niyy%C9%99t+v%C9%99+Turizm+Nazirliyi" Nazirliyi ilə əməkdaşlığı çərçivəsində aparılır.
APA TV-nin şimal bürosunun xəbərinə görə, bu gün ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın iştirakı ilə Qubada bununla bağlı tədbir keçirilib. Tədbirdə görüləcək işlər barədə məlumat verilib. Səfir həyata keçirilən layihənin hər iki xalq arasında mədəni əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.
Sinxron:
"Biz bu layihənin icrasında mərkəzi hakimiyyət və Quba Rayon İcra Hakimiyyəti, yeri icra qurumları ilə işləyirik. Əsas məqsəd ondan ibarətdir ki, Qubanın tarixi-görməli yerləri bərpa olunsun. Quba Azərbaycanın turizm mərkəzlərindən birinə çevrilsin".
Titr:Robert Sekuta
Subtitr:ABŞ-ın Azərbaycandakı səfiri
Qeyd edək ki, inşası 18-19-cu əsrlərə təsadüf edən Günbəzli Hamam Azərbaycanda qırmızı bişmiş kərpicin erkən istifadə texnikasını nümayiş etdirir. Hamam 1985-ci ilə qədər əhalinin istifadəsində olub.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi