Çin valyutası dörd gündə ikinci dəfə devalvasiyaya uğradı
Çinin milli valyutası olan yuan yenidən devalvasiya uğrayıb.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu gün Çin Xalq Bankı yenidən yuanın ABŞ dollarına qarşı rəsmi məzənnəsini azaldıb. Belə ki, yuan 137 bənd azalaraq 1 ABŞ dollarına qarşı 6,4495 yuan təşkil edib.
Qeyd edək ki, bundan əvvəl yuanın devalvasiyası dekabrın 10-da baş verib. Həmin vaxt Çinin milli valyutasının ABŞ dollarına qarşı məzənnəsi 6,42 yuana bərabər olub.
Ümumiyyətlə, bu il ərzində Çin Xalq Bankı ilk dəfə avqustun 11-də yuanın devalvasiyası ilə bağlı qərar qəbul edib. Bundan sonra üç gün ərzində Çinin milli valyutası dollara nisbətdə 4,6% ucuzlaşıb.
OXŞAR XƏBƏRLƏR
20:01
698
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
678
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
726
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1275
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1405
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2134