Suriyada daha bir iranlı general öldürüldü
İranın İslam İnqilabi Keşikçiləri Korpusunun daha bir generalı Suriyada öldürülüb.
APA TV-nin “Fars” agentliyinə istinadən məlumatına görə, “Fatimiyyun” briqadasının komandirlərindən olan general Hüseyn Fədai Suriyada “Zülfüqar” psevdo adı altında xidmət edirmiş.
Qeyd edək ki, bu ilin oktyabrında Suriyada ən azı üç iranlı generalın öldürüldüyü barədə məlumat yayılmışdı. Bunlar Hüseyn Həmədani, Fərşada Hasunizadə və Həmid Muxtarbəndədir.
İranlı hərbçilər müxalifət və İŞİD-lə mübarizədə Əsəd ordusuna yardım göstərirlər.
İran Suriya prezidentini dəstəkləyən əsas müttəfiqlərdən biridir. Lakin Tehran Suriyada hərbi əməliyyatlarda iştirakını inkar edir.
OXŞAR XƏBƏRLƏR
20:01
698
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
678
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
726
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1275
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1405
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2134