Qaxda ağır qəza: 4 yaralı
Qaxda baş verən yol qəzasında 4 nəfər xəsarət alıb. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə ötən gün günorta saatlarında Qax şəhəri Natəvan küçəsində baş verib.
Qax şəhər sakini, 1994-cü il təvəllüdlü Zaur İlqar oğlu Züliyevin idarə etdiyi “VAZ-2106” markalı 34 BD 293 dövlət nömrə nişanlı avtomobillə Qax şəhər sakini, 1965-ci il təvəllüdlü Məmməd Qədir oğlu Əhmədovun idarə etdiyi “VAZ-2106” markalı 34 BB 512 dövlət nömrə nişanlı avtomobil toqquşub. Qəza nəticəsində hər iki avtomobilin sürücüsü və Məmməd Əhmədovun sərnişinləri, Qax rayon sakinləri - 1968-ci il təvəllüdlü Ceyran Rəcəbova və 1971-ci il təvəllüdlü Həyat Məmmədova Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.
Xəstəxanadan verilən məlumata görə, qəza nəticəsində daxil olan yaralılardan Məmməd Əhmədov, Ceyran Rəcəbova və Həyat Məmmədova cərrahiyə şöbəsinə yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir. Zaur Züliyevin vəziyyəti yüngül olduğundan, ona xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi