Azərbaycan millisinin üzvü Rusiyada tutuldu
Tanınmış qaydasız döyüş ustası, dünya çempionu Sadiq Kərimov Rusiyanın Sankt-Peterburq şəhərində hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinərək saxlanılıb. APA TV xəbər verir ki, bu barədə məlumatı Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə idarəsi yayıb.
İstintaqın qənaətinə görə, 2012-ci ildə Sadiq Kərimov naməlum şəxslərlə birlikdə kafedə ölümlə hədələyərək 2 nəfərdən 3 milyon rubl alıb. Onlar başqa bir kafedə də tapança ilə hədə-qorxu gələrək, pul tələb ediblər. Sadiq Kərimov və dostları daha sonra zərərçəkənin BMW markalı avtomobilini pul əvəzinə əlindən alıblar.
Sadiq Kərimova qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin "Hədə-qorxu ilə tələb etmə" maddəsi ilə cinayət işi başlanılıb, ittiham irəli sürülüb.
Qeyd edək ki, "Qara canavar" ləqəbli Sadiq Kərimov 2012-ci ildə Azərbaycan yığmasının heyətində döyüş sambosu üzrə 74 kiloqram çəkidə dünya çempionu olub.
Sadiq Kərimov Lənkəran rayonunun Separadi kəndində anadan olub. O, sonradan yaşamaq üçün Rusiyaya köçüb.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi