Çavuşoğlu: "Səbrimiz sərhədsiz deyil"
"Bizim də səbrimiz sərhədsiz deyil. Bizə qarşı edilənlərə cavab vermiriksə, qorxumuzdan ya da günahkarlıq psixologiyasından deyil". APA TV-nin xəbərinə görə, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV kanalının qonağı olarkən deyib.
Çavuşoğlu bildirib ki, istəmədikləri bir hadisə baş verib: "Amma Rusiya haqsızdır. Hava sahəmizi pozub. Ancaq əlaqələrimizi təkrar keçmişdə olan günlərə qaytarmaq üçün səbirli davranırıq. Rusiya təyyarənin vurulmasından sonra hər fürsəti dəyərləndirməyə çalışır. Biz elə deyilik. Bir məsələ var. Bunu Rusiyanın əleyhinə hər platformada istifadə etməyə çalışmırıq. Biz özünü təsdiq etmiş dövlət kimi davranırıq. Qonşumuz, bu günə kimi çox yaxşı siyasi münasibətlərimiz və önəmli ticarət ortağımız olan Rusiyanı hadisələrə soyuqqanlı yanaşmağa çağırırıq".
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi