Ağdam sakini özünü güllələdi
Ağdam rayon sakini özünü odlu silahla vurub. APA TV-nin Qarabağ bürosunun məlumatına görə, hadisə Quzanlı qəsəbəsində qeydə alınıb.
Ağdam rayon Şotlanlı kənd sakini, 1986-cı il təvəllüdlü Aslanov Emin Elxan oğlunu özünü Quzanlı qəsəbəsində məskunlaşdığı 137 nömrəli evdə vurub. Xəsarət alan Emin Aslanov əvvəlcə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, oradan isə yaxınlıqda yerləşən Hərbi Hospitala aparılıb. Vəziyyətinin ağır olduğu bildirilir.
Emin Aslanovun intihara cəhd etdiyi ehtimal olunur. Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları hadisənin təfərrüatlarını araşdırır.
OXŞAR XƏBƏRLƏR
20:01
776
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
756
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
799
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1279
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1409
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2139