Milli Məclisdə Zeynəb Xanlarovaya xəbərdarlıq edildi
Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında xalq artisti Zeynəb Xanlarovaya xəbərdarlıq edilib.
APA-nın məlumatına görə, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov iclasda iştirak etməyən deputatların məsələsini qaldırıb. O, toplantıya qatılmayan komitə üzvlərindən Zeynəb Xanlarova və Ülviyyə Həmzəyevanın adlarını çəkərək, bu halın növbəti iclasda da davam edəcəyi halda parlamentin sədrinə və İntizam Komissiyasına rəsmi müraciət edəcəyini bildirib: “Komitə üzvlərimizin sayında onsuz da məhdudiyyət var. Bunların da iclasda iştirak etməməsi bütövlükdə Milli Məclisin fəaliyyətinin pozulması deməkdir. Ona görə də bu gün komitənin iclasında iştirak etməyən üzvlərə sadəcə, xəbərdarlıq edirəm, gələn dəfə eyni hal təkrarlanarsa, o zaman parlamentin sədrinə və İntizam Komissiyasına rəsmi şikayət edəcəyəm”.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi