Yağışlar dayanır - PROQNOZ
Dekabrın 12-də Bakı və Abşeron yarımadasının bəzi yerlərində zəif duman, çiskin olacağı, gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən xəbərə görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-7, gündüz 8-12 dərəcə isti olacaq.
Dekabrın 12-də Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 1-6 dərəcə isti, gündüz 8-13, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR
20:01
777
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
757
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
800
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1279
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1409
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2139