"Qəbələ" qrup mərhələsini son pillədə başa vurdu - QOLLAR
Ötən gün Avropa Liqasındakı təmsilçilərimizdən biri olan "Qəbələ" qrup mərhələsində sonuncu oyununa çıxıb.
APA TV-nin məlumatına görə, "qırmızı-qaralar" Bakıda Rusiyanın "Krasnodar" klubunu qəbul ediblər.
Roman Qriqorçukun yetirmələri üçün bu görüş formal xarakter daşıyırdı. "Qəbələ" qalib gəlməklə ən yaxşı halda qrup üçüncüsü ola bilərdi. "Krasnodar" üçün isə qələbə qrup mərhələsini birinci pillədə başa vurmaq mənasında vacib idi.
Ardıcıl 7 oyunda avrokuboklarda qələbə qazana bilməyən təmsilçimizin azarkeşləri önündə 3 xal əldə etmək arzusu bu dəfə də baş tutmayıb.
Qonaqlar vurduğu 3 qolla 3 xal qazanaraq qrup mərhələsini birinci sırada başa vurub.
Beləliklə, tarixində ilk dəfə bu mərhələdə iştirak edən "Qəbələ" qrupu sonuncu sırada bitirib.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi