“Makedon” ləqəbli kriminal avtoritet dünyasını dəyişib - TƏFƏRRÜATLAR
Kriminal aləmdə “Makedon” ləqəbi ilə tanınan avtoritet Natiq Məmmədov 14 saylı cəzaçəkmə müaəssisəsində dünyasını dəyişib. APA TV-nin məlumatına görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi maddəsi ilə məhkum edilmiş, 1971-ci il təvəllüdlü Natiq Məmmədovun vəziyyəti qəfil pisləşib və o, Xətai rayonu ərazisində yerləşən 2 saylı xəstəxanaya gətirilib. Həkimlər Natiq Məmmədovun böyrəklərini dializ ediblər. Lakin tibbi müdaxiləyə baxmayaraq məhbusun həyatını xilas etmək mümkün olmayıb. Ədliyyə Nazirliyi Pentensiar Xidməti faktı təsdiqləyib. Qürumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqovun verdiyi məlumata görə məhkum Natiq Məmmədov bir ildən artıqdır böyrək catışmamazlığından əziyyət cəkirmiş. Mərhumun kriminal aləmdə nüfuzuna gəlincə Mehman Sadıqov APA TV -yə bildirib ki, məhkumlar arasında kiminsə hansısa bir təxəllüsü daşıması normal haldır: "Məhkum Natıq Məmmədovda görünür bunlardan biri olub. 14 saylı müəssə ümumi tiplıdir, ağır çınayələr törədənlər və təkrar məhkum olunanlar bu müəssələrə etap olunmurlar".
Qeyd edək ki, “Makedon” ləqəbli avtoritetin ölüm faktı ilə bağlı araşdırma aparılır, ölümün səbəbini müəyyənləşdirmək üçün tibbi - ekspertiza təyin edilib.
OXŞAR XƏBƏRLƏR
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanları yola salınıb
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib