Kəmaləddin Heydərov və Elçin Quliyev “Günəşli” yatağında yanğın baş verən əraziyə baxış keçiriblər
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar dekabrın 10-da hadisə yerində olublar.
FHN-dən APA TV-yə verilən məlumata görə, helikopterlə əraziyə baxış keçirilib, baş vermiş yanğının söndürülməsi, itkin düşənlərin axtarışı işlərinin gedişi ilə bağlı məsələlər müzakirə olunub.
Müzakirələrdə daha çox qüvvə və vasitələr cəlb edilməklə axtarış ərazisinin genişləndirilməsi barədə qərar qəbul edilib.
Dənizdə itkin düşmüş işçilərin axtarışı gündəlik olaraq DSX-nin 7 gəmisi və 6 helikopteri tərəfindən FHN-in helikopterləri ilə qarşılıqlı əlaqədə həyata keçirilir.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi