Lənkəranda qanunsuz quş ovlayan şəxslər saxlanıldı
Lənkəran Şəhər-Rayon Polis Şöbəsi (ŞRPŞ) əməkdaşlarının keçirdiyi növbəti reyd zamanı rayon ərazisində icazəsiz ov edən şəxslər saxlanılıb.
Lənkəran ŞRPŞ-nin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi Natiq Rəhimovun APA TV-nin cənub bürosuna verdiyi məlumata görə, saxlanılan rayon sakinləri Vüqar Kərimov və Ramin Nəbiyevin üzərindən qanunsuz ov etmə ilə əlaqədar müxtəlif ləvazimatlar götürülüb: "Saxlanılan həmin şəxslərdən ov silahları, eləcə də 15 ədəd müxtəlif növ quşlar aşkar edilərək götürülüb. Həmin quşlardan 4 ədədi nadir, adı “Qırmızı Kitab”a düşən quşlar sırasına aiddir".
Müsadirə edilən quşlar arasında yaşılbaş ördək, çöl ördəyi, qaşqaldaq və digər çöl quşları ilə yanaşı, nadir hesab edilən meşə cüllütü də olub.
Saxlanılan hər iki şəxs barəsində “İnzibati Xətalar Məcəlləsi”nin 111.2 maddəsi ilə inzibati protokol tərtib edilib və materiallar toplanılaraq aidiyyəti üzrə göndərilib.
Polis Şöbəsindən bildirilib ki, bu istiqamətdə tədbirlər mütəmadi xarakter alacaq.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi